Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında I tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.
Qeyd edək Azərbaycan 1-ci liqasının I turu dünən start götürüb. İlk gündə üç qarşılaşma baş tutub.
I qarşılaşmada MOİK “Binə qəsəbə stadionu”nda “Şahdağ Qusar”ı qəbul edib. Qarşılaşmanı Mahmud Bağırzadə idarə edib. Görüş 0:1 “Binə”nin xeyrinə başa çatıb.
MOİK-“Şahdağ Qusar”-0:1
Qollar: //14.Joze Zenqo(0:1)
Qırmızı vərəqələr //
II qarşılaşmada “Xankəndi” “Şamaxı OİK stadionu”nun “Səbail”i qəbul edib. Qarşılaşmanı Alik Yunusov idarə edib. Görüşdə tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane olub.
“Xankəndi”-“Səbail”-1:1
Qollar:33.Musa Musazadə(1:1) //Rubin Seyidov(0:1)
Qırmızı vərəqələr //
III qarşılaşmada “Baku Sportinq” “Karvan-Yexlax”ı qəbul edib. Qarşılaşmanı Murad Səlimov idarə edib. Matç 0:3 “Karvan-Yevlax”ın xeyrinə başa çatıb.
“Baku Sportinq”-“Karvan-Yevlax”-0:3
Qollar: //4.Samir Abullayev(0:1),54. Elmin Bayramov(0:2), 80.Eze Sillas(0:3)
Qırmızı vərəqələr //
Turun digər görüşləri bu gün keçirilib.Bu günə iki qarşılaşma baş tutub.
I qarşılaşmada “Şimal” “Gəncəbasar”ı qəbul edib. Qarşılaşmanı Emin Əliyev idarə edib. Matçda “Gəncəbasar” 1:2 qalib gəlib.
“Şimal”-“Gəncəbasar”-1:2
Qollar: 42. Niyazi Osmanov(1:1) // 16. Dileyn Açimi(0:1),76. Dileyn Açimi(1:2)
Qırmızı vərəqələr //
II qarşılaşmada “Mingəçevir” “Zaqatala”nı qəbul edib. Qarşılaşnı Əkbər Əhmədov idarə edib. Görüşdə tərəflər hərəyə iki dəfə fərlənərək bir xala qane olublar.
“Mingəçevir”-“Zaqatala”-2:2
Qollar: 18. Roman Hüseynov(1:0),54.Cavanşir Şahbazlı(2:1) //45+4. Bəhram Köçərli(p)(1:1), 83.Raul Nağıyev(2:2)
Qırmızı vərəqələr //
