Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. “Qırmızı-qaralar”la “pələnglər”in görüşünü Rauf Cabarov idarə edib. Gərgin keçən matç 2:1 “Qəbələ”nin xeyrinə başa çatıb.
“Qəbələ”-“İmişli”-2:1
Qollar: 15. Kouya Mabea(1:0) 66.Karim Rossi(2:1) // 45+2.Dioqo Almeyda(1:1)
Qırmızı vərəqələr: //
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günü ikinci qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Gəncə Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Sarı-göylər”lə “şirlər”in qarşılaşmasını Vüqar Həsənli idarə edəcək.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edəcək. “Bayquşlar”la “Mavi qartallar”ın görüşünü İnqilab Məmmədov idarə edəcək.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şəfa”nı qəbul edəcək. “Ağ-qaralar”la Bakı təmsilçisnin qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “Köhlən atlar”la Muxtar Respublika təmsilçisinin görüşünü Cavid Cəlilov idarə edəcək.
