İtaliyada maraqlı hadisə yaşanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qadın 1 milyon avro qazandığını bilməyib.
O, uduzduğunu düşünərək lotereya biletini zibilə atıb. Bir müddət sonra böyük mükafat qazandığını öyrənib. Bundan sonra tullantı şirkətinin əməkdaşları bileti axtarmağa başlayıblar. Bir gündən çox davam edən axtarış nəticəsində bilet salamat vəziyyətdə tapılıb. Beləliklə, qadın qazandığı 1 milyon avroluq mükafatı itirməkdən son anda xilas olub.
//Nəzər.Media
