BMT “El Nino” ilə bağlı xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, milyonlarla insan risk altındadır.
Təşkilatın məlumatına görə, gələn ilin sonunadək daha 50 milyon nəfər kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Hazırda 45 ölkədə 225 milyon insan ərzaq təhlükəsizliyi problemi yaşayır. Mütəxəssislər quraqlıq və həddindən artıq istilərin kənd təsərrüfatına ciddi zərbə vuracağını bildirirlər. Bu səbəbdən dünya bazarında ərzaq qiymətlərinin də artacağı gözlənilir. BMT ölkələri ərzaq ixracına məhdudiyyət tətbiq etməməyə çağırıb.
//Nəzər.Media
