ABŞ-də bir evdə 16 uşağın ağır şəraitdə saxlanıldığı üzə çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Uşaqların uzun illər kiçik otaqda və antisanitar şəraitdə yaşadığı bildirilib.
Onların məktəbə getmədiyi və ciddi baxımsız qaldığı müəyyən edilib. Hadisə ilə bağlı uşaqların valideynləri və nənə-babası saxlanılıb. Bəzi uşaqların vəziyyətinin ağır olduğu açıqlanıb.
//Nəzər.Media
