Uels şahzadəsi Keyt Middlton Vimbldon tennis turnirinə gözlənilmədən qatılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, şəhzadə azarkeşlərlə söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib.
Şahzadə bir müddət bilet satış məntəqəsində də çalışaraq tamaşaçılara bilet satıb. Daha sonra o, kral lojası əvəzinə adi tribunada əyləşərək britaniyalı tennisçi Artur Ferinin oyununu izləyib.

//Nəzər.Media
