İngiltərədə aparılan araşdırma 2 yaşadək uşaqlar üçün ekranın zərərli olduğunu göstərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər telefon və planşetdən istifadənin inkişafa mənfi təsir etdiyini bildiriblər.
Araşdırmaya görə, ekran vaxtı nitq inkişafını ləngidə bilər. Bu vərdiş yuxu və göz sağlamlığı ilə bağlı problemlər də yarada bilər. Valideynlərə uşaqların ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırmaq tövsiyə olunur.
//Nəzər.Media
