ABŞ və İran arasında əldə olunan atəşkəsə baxmayaraq, Hörmüz boğazında gərginlik yenidən artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tərəflər son günlər qarşılıqlı zərbələr endirib.
Məlumata görə, danışıqların taleyi hələ də qeyri-müəyyəndir. ABŞ və İran bir-birini atəşkəsi pozmaqda ittiham edir. Bölgədə hər iki ölkənin hərbi fəaliyyətləri davam edir.
//Nəzər.Media
