Yüksək maaş vədi gənci tələyə saldı. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ugandalı gənc Myanmardakı dələduzluq düşərgəsinə aparılıb.
Uqandalı Gideon Solomon burada pasportunun əlindən alındığını bildirib. Onun sözlərinə görə, işləməkdən imtina etdiyi üçün döyülüb və elektroşoka məruz qalıb. Daha sonra hər gün yüzlərlə insana saxta mesaj göndərməyə məcbur edilib. Düşərgədə saxlanılan şəxslər sosial şəbəkələrdə saxta profillərlə insanları aldadaraq saxta investisiya təklifləri təqdim ediblər. Solomon bu düşərgədə altı ay ağır şəraitdə yaşadığını və bunun müasir köləlik sistemi olduğunu deyib.
//Nəzər.Media
