İraqda ağır qəza baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisədə 10 nəfər ölüb.
Qəza Ərbəin yürüşü zamanı Bəsrədən Kərbəlaya gedən zəvvarların olduğu yolda qeydə alınıb. Minik avtomobili insanların arasına girərək daha 12 nəfərin xəsarət almasına səbəb olub. Yerli mənbələr sürücünün sərxoş olduğunu iddia ediblər. Hadisədən sonra yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Faktla bağlı araşdırma davam edir.
//Nəzər.Media
