1952-ci ildə qəzaya uğrayan təyyarənin qalıqları tapılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Təyyarə Puerto Riko sahillərində okeana düşmüşdü.
Axtarış qrupu qalıqları 610 metr dərinlikdə sualtı dronu ilə aşkar edib. Bildirilir ki, qəzada 52 nəfər həyatını itirmişdi. qalıqların yerinin müəyyən edilməsində köhnə məhkəmə sənədləri və pilotların ifadələri mühüm rol oynayıb. Qəzaya uğrayan təyyarə Pan American şirkətinə məxsus Douglas DC-4 modeli olub. Həmin faciədən sonra mülki aviasiyada sərnişinlərə təhlükəsizlik qaydalarının izahı məcburi tətbiq edilib.
//Nəzər.Media
