Kvong Van Lo nəhayət daimi yaşayış icazəsi aldı. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Lo 45 il qanuni status gözlədi.
O 1981-ci ildə yük gəmisində gizlənərək Avstraliyaya gedib. O, illər ərzində işləyib və vergilərini ödəyib. Buna baxmayaraq, daimi yaşayış hüququ əldə edə bilməyib. 83 yaşında Loya Avstraliyada daimi yaşayış icazəsi verilib. O, illərlə özünü “qəfəsə salınmış quş” kimi hiss etdiyini deyib. Lo indi ilk dəfə pasport almağı və həyatının qalan illərini Avstraliyada keçirməyi planlaşdırır.
//Nəzər.Media
