İraqda şəbəkə çökdürülüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Terrorla Mübarizə və Milli Kəşfiyyat xidmətləri əməliyyat keçirib.
Terror qrupunun hücum planı pozulub. Əməliyyat zamanı şəbəkənin üzvləri saxlanılıb. Onlara məxsus avadanlıqlar, o cümlədən PUA-lar götürülüb. Şəbəkənin müəyyən hədəflərə PUA hücumları hazırladığı bildirilib. Şəbəkə üzvlərinin kimliyi və hədəflərin adları açıqlanmayıb.
//Nəzər.Media
