
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Sabah”-“Kəpəz” oyunu başa çatdı. Gərgin keçən oyun 1:0 “Sabah”ın
xxxx
Oyunun 90+8-ci dəqiqəsində “Kəpəz” azlıqda qaldı. Komandanın heyətindən Şakir Seyidov qırmızı vərəqə alaraq meydandan qovuldu-“Sabah”-“Kəpəz”-1:0
xxx
Oyunun 87-ci dəqiqəsində “Sabah” Karim Parrisin qolu ilə hesabı açdı-“Sabah”-“Kəpəz”-1:0
xxxx
Cümə günü Azərbaycan Premyer Liqasında XXI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edir. “Bayquşlar”la “sarı-göylər”in oyununu Əliyar Ağayev idarə edir. Artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Sabah”-“Kəpəz”-0:0
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turuna dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün və turun açılış matçında “Turan Tovuz” “Azersun Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunun 11-ci dəqiqəsində “Turan Tovuz” Filpp Ozobiçin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Zirə”-1:0. Oyunun 19-cu dəqiqəsində Xorve Silva “Turan Tovuz”un ikinci topuna imza atıb-“Turan Tovuz”-“Zirə”-2:0. Görüşün ilk hissəsi “Turan Tovuz”un 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və matç 2:0 “Turan Tovuz”un xeyrinə başa çatıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Sumqayıt”-“Qəbələ”-0:0. Oyunun ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“Sumqayıt”-“Qəbələ”-0:0.
Dünən iki qarşılaşma təyin edilsə də qarşılaşmalardan biri baş tutub.
Günün təyin edilən ilk və keçirilən yeganə oyununda “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 32-ci dəqiqəsində “Araz-Naxçıvan” Felipe Santosun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Araz-Naxçıvan”-0:1. İlk hissə “Araz-Naxçıvan”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 50-ci dəqiqəsində Felipe Santos penaltidən dubl edərək özünün və “Araz-Naxçıvan”ın ikinci topuna imza atıb-“Karvan”-“Yevlax”-0:2. Bu görüşdə vurulan son qol olub və “Araz-Naxçıan” matçdan 0:2 qalib ayrıldı.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpi Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Şamaxı”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Şamaxı”-0:0
