Qustavo Petro Kauca bölgəsində baş verən qanlı partlayışın arxasında silahlı qrupların dayandığını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, hücumda istifadə olunan partlayıcıların mənbəyinin araşdırılmasını tapşırıb və onların Ekvadordan gəlmiş ola biləcəyini qeyd edib.
Petroya görə, bu qruplar seçkiləri sabotaj etməyə və ölkədə qorxu mühiti yaratmağa çalışır. O, hücumların narkotik kartellərlə əlaqəli olduğunu və mülki əhalinin hədəf alındığını vurğulayıb.
Prezident həmçinin FARC-ə bağlı EMC qruplaşmasını ittiham edib və lider İvan Mordisko barədə beynəlxalq araşdırma başladıldığını açıqlayıb.
Qeyd edək ki.Aprelin 25-də baş verən partlayışda 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Bölgədə matəm elan olunub və son 48 saatda onlarla oxşar hücum qeydə alınıb.
//Nəzər.Media
