111 yaşlı Luis Kano uzun ömrün sirrini üç əsas qayda ilə izah edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o alkoqol və siqaretdən uzaq durmaq, keyfiyyətli yuxu və insanlara yaxşı davranmağı məsələhət görüb.
1914-cü ildə Kolumbiyada doğulan Kano 105 yaşına qədər bağ işləri ilə məşğul olub. 10 uşaq atası olan bu şəxs qidalanmada əsasən lobya, acı bibər və avokadoya üstünlük verib. O, sadə, dürüst və stresssiz həyatın uzun ömrün əsas açarı olduğunu göstərib.
//Nəzər.Media
