ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən ənənəvi tədbir zamanı baş verən silahlı hücum ölkədə ciddi rezonans doğurub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı təhlükəsizlik boşluqları və hücumçu Kol Allenın yazdığı manifest müzakirə mövzusuna çevrilib.
O, yazısında Tramp administrasiyasını sərt şəkildə tənqid edib və yüksək rütbəli şəxsləri hədəf almağı planlaşdırdığını bildirib. CBS kanalına müsahibə verən Donald Tramp isə ona yönələn ittihamlara sərt reaksiya göstərərək bu iddiaları xəstə insanın sayıqlamaları adlandırıb. Hadisədən sonra tədbirdəki təhlükəsizlik səviyyəsi ilə bağlı tənqidlər daha da artıb.
