ABŞ/İsrail-İran arasında atəşkəs olsada danışıqlar dalana dirənib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bütün bunların fonunda İranın Xarici işlər naziri Abbas Ərəqçi Rusiyaya səfər edib.
Səfər çərçivəsində İranın XİN rəhbəri Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirib. Rusiya tərəfi tərəflər arasında vasitəçilik etmək missiyasını öz boyunlarına götürmək istəyini bəyan edib. Əraqçı isə öz tələblərindən geri çəkilməyəcəyini bəyan edib. Sonda tərəflər aralarındakı İranın nüvə məsələsini və Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə edib.
//Nəzər.Media
