Alimlər müəyyən edib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə bağırsaqdakı faydalı bakteriyaların müxtəlifliyini artırır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu dəyişiklik bağırsaq-beyin əlaqəsi vasitəsilə stress, depressiya və narahatlıq səviyyəsini azaldır.
Araşdırmaya görə, kofeinli qəhvə diqqəti artırır və iltihabı azaldır. Kofeinsiz qəhvə isə yuxu keyfiyyətini və yaddaşı yaxşılaşdırır. Mütəxəssislər hesab edir ki, qəhvə gələcəkdə ruh halını yaxşılaşdıran qidalanma strategiyalarında mühüm rol oynaya bilər.
//Nəzər.Media
