Donald Trampın İrana qarşı tətbiq olunan blokadanın genişləndirilməsi ilə bağlı göstəriş verdiyi iddia olunur.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusunun bu istiqamətdə hazırlıqlara başladığı bildirilir.
Körfəz ölkələri isə raket və pilotsuz uçuş aparatlarına qarşı erkən xəbərdarlıq sistemlərini gücləndirir. Körfəz Əməkdaşlıq Şurası üzv ölkələr arasında hərbi koordinasiyanın artırılacağını açıqlayıb. Regionda təhlükəsizlik gərginliyi yenidən yüksəlir.
//Nəzər.Media
