Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis Liviya səfəri edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,o, Tripoli rəhbərliyi ilə yeni dəniz sərhədi razılaşması üçün danışıqlar aparıb.
Görüşlərdə texniki heyətlərin Xüsusi İqtisadi Zona məsələsi üzrə işləməsi razılaşdırılıb. Yunan tərəfi bu addımı yaxınlaşma kimi təqdim etməyə çalışır. Lakin ekspertlər Ankara-Trablus xəttindəki balansın hələ də güclü olduğunu bildirir.
//Nəzər.Media
