Rusiya “Sarmat” qitələrarası raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Vladimir Putin bu sistemi dünyanın ən güclü raketi adlandırıb.
Kremlin raketin ilin sonuna qədər döyüş növbəsinə başlayacağını bildirib. Məlumata görə, raket 35 min kilometrdən çox məsafəyə uça bilir. Rusiya yeni silahın bütün raketdən müdafiə sistemlərini keçə biləcəyini iddia edir.
//Nəzər.Media
