Futbol üzrə dünya çempionatları təkcə qollarla deyil, qalmaqallı oyunlarla da yadda qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tarixdə bəzi qarşılaşmalar meydandakı sərt mübarizəyə görə “döyüş” adlandırılıb.
Xüsusilə 1954, 1962, 2006 və 2022-ci illərdə keçirilən oyunlar böyük gərginliklə seçilib. Bu matçlarda çoxsaylı sarı və qırmızı vərəqələr göstərilib. Həmin qarşılaşmalar dünya futbolunun ən qalmaqallı oyunları sırasında yer alır.
//Nəzər.Media
