NATO-nun tarixində ən mühüm sammitlərdən biri Ankarada keçirilir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zirvədə alyansın gələcək inkişaf istiqamətləri müzakirə olunur.
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiəyə daha çox vəsait ayırmasını istəyir. Bu məsələ sammitin əsas mövzularından biridir.
Ekspertlər isə hesab edir ki, yeni təhlükəsizlik yanaşması Türkiyə üçün əlavə imkanlar yarada bilər. Xüsusilə müdafiə sənayesində əməkdaşlığın genişlənəcəyi gözlənilir. Sammitdə Ukrayna müharibəsi və regional təhlükəsizlik də gündəmdə olacaq. Liderlərin qəbul edəcəyi qərarlar NATO-nun gələcək siyasətinə təsir göstərə bilər.
//Nəzər.Media
