NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen müttəfiqləri birgə hərəkət etməyə çağırıblar. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlar artan təhlükələr fonunda müdafiə imkanları gücləndirilməli olduqlarını bildiriblər.
Rutte və Fon der Lyayenin sözlərinə görə, müttəfiqlərin daha çox döyüş təyyarəsinə, hava hücumundan müdafiə sistemlərinə və pilotsuz uçuş aparatlarına ehtiyacı var. Onlar Rusiya, Çin, Şimali Koreya və İranın hərbi imkanlarını sürətlə artırdığını da vurğulayıblar. Bildirilib ki, mövcud təhdidlərə qarşı yalnız sıx əməkdaşlıqla effektiv müdafiə qurmaq mümkündür. Onların fikrincə, bütün müttəfiqlərin birliyi təhlükəsizliyin əsas təminatıdır.
//Nəzər.Media
