NATO Zirvəsi ərəfəsində ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında yenidən gərginlik yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə Meloninin yer aldığı mübahisəli paylaşım edib.
Bu addım İtaliya mətbuatında narazılıqla qarşılanıb. Roma hökuməti isə məsələyə rəsmi münasibət bildirməyib. Məlumata görə, Meloni paylaşımı cavabsız qoymağa üstünlük verib.
Xatırladaq ki, iki lider arasında son gərginlik G7 Zirvəsindən sonra səsləndirilən qarşılıqlı açıqlamalardan başlamışdı.
//Nəzər.Media
