İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyənin “F-35” proqramına qayıtmasına etiraz edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampla bu məsələni müzakirə etmək istədiyini bildirib.
Netanyahu Türkiyəyə döyüş təyyarələri üçün mühərrik satışına da qarşı olduğunu açıqlayıb. Onun sözlərinə görə, belə addım bölgədə qüvvələr balansını dəyişə bilər. İsrail mətbuatı hökumətin bu məsələ ilə bağlı ciddi narahatlıq keçirdiyini yazıb.
Məlumata görə, Netanyahu Trampdan Türkiyəyə “F-35” satışının qarşısını almağı xahiş edib. Bu mövzunun iki lider arasında keçiriləcək növbəti görüşdə əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
//Nəzər.Media
