Türkiyənin məşhur simaları yay istirahətini Egey sahillərində keçirirlər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onlar Bodrum və Çeşmədə kameralara tuş gəliblər.
Aktrisa Hande Doğandəmir dostları ilə dəniz və günəşdən zövq alıb. Saadət İşıq Aksoy isə kano sürərək istirahətinə idman da qatıb. Hazal Türesan gününü üzərək və günəşlənərək keçirib. Fırat Çelik yaxın dostu ilə uzun söhbət edib. Taner Rumeli isə dənizə tək daxil olmağı üstün tutub. Sinan Güləryüz ailəsi ilə birlikdə Bodrumda istirahət edib. Müğənni qızı Luna ilə dənizdə əyləncəli anlar yaşayıb. Aktrisa Özge Özder isə sahildə dincəlməyi seçib. Futbol mütəxəssisi Yılmaz Vural ailəsi ilə Çeşmədə görüntülənib. Onlar gün ərzində birlikdə vaxt keçiriblər. Aktyor Rıza Kocaoğlu da dostları ilə çimərlikdə obyektivlərə tuş gəlib. Keçmiş futbolçu Tümer Metin isə Alaçatıda təkbaşına dənizdən həzz alıb. Məşhurların istirahət görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub.









//Nəzər.Media
