• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla balıq ovu festivalı keçirilib-FOTOLAR

17 İyul, 26 / 12:19
A A
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla balıq ovu festivalı keçirilib-FOTOLAR

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığıyla Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı baş tutub.

Tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək balıq ovu üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.

Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan Qol Güləşi Federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan Su İdman Növləri Federasiyası) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və İdman Nazirliyi) isə 3-cü yerin sahibi olub.

Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan Voleybol Federasiyası) layiq görülüb. Ədibə Əliyeva (Azəridmanservis) 2-ci, Samirə Ağayeva (Azərbaycan Boks Federasiyası) isə 3-cü yer tutub.

Qaliblər Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.

 

Previous Post

Aİ-də ticarət kəsiri artıb

Next Post

Livakoviçdən gözlənilməz addım

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.