Avropa İttifaqı may ayında ticarət kəsiri verib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, kəsir 12,1 milyard avro olub.
Məlumata görə, buna enerji idxalının artması əsas səbəb olub. May ayında Aİ-nin ixracı artsa da, idxal daha sürətlə yüksəlib. Nəticədə ötən ilin eyni dövründəki profisit kəsirlə əvəzlənib. Avrozonada da 7,8 milyard avroluq ticarət kəsiri qeydə alınıb. Aİ-yə ən çox məhsul ixrac edən ölkə Çin olub. Türkiyə isə həm Aİ-yə ixracda, həm də Aİ-dən idxalda ilk sıralarda yer alıb.
//Nəzər.Media
