• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Carlsberg Azerbaijan PepsiCo”nun Azərbaycanda bottleri olacaq

30 İyul, 26 / 12:13
A A
“Carlsberg Azerbaijan PepsiCo”nun Azərbaycanda bottleri olacaq

“Carlsberg Group PepsiCo” ilə strateji tərəfdaşlığını genişləndirir və yeni sazişə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən Azərbaycan Respublikasında “PepsiCo”nun bottleri olacaq.

Yeni strateji tərəfdaşlıq çərçivəsində Carlsberg Group PepsiCo-nun Azərbaycandakı alkoqolsuz içkilər portfelinin istehsalını, satışını və distribusiyasını öz üzərinə götürəcək.
“Carlsberg”in Xırdalandakı istehsal müəssisəsinin əsaslı şəkildə yenidən qurulması və istehsal gücünün artırılması dövründə “PepsiCo” məhsul portfelinin istehsalı müvəqqəti olaraq hazırkı bottler olan Mars Overseas tərəfindən davam etdiriləcək.

Yeni razılaşmanın qüvvəyə minməsi ilə “Carlsberg” və “PepsiCo” 15 bazarda bottler müqavilələrinə malik olacaq: Böyük Britaniya,
İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kamboca, həmçinin 2029-cu ildən Danimarka, Finlandiya, Estoniya, Latviya və Litva, 2027-ci ildən isə Azərbaycan.
Genişləndirilmiş tərəfdaşlıq Carlsberg Group və PepsiCo-nun Azərbaycanda uzunmüddətli artımı dəstəkləyən, genişləndirilə bilən və yerli bazarın tələblərinə uyğun içki istehsalı və distribusiya əməliyyatlarının qurulmasına dair ortaq öhdəliyini əks etdirir.
Carlsberg Group-un İcraçı direktoru Yakob Aarup-Andersen qeyd edib: “PepsiCo” ilə uzunmüddətli tərəfdaşlığımızın Azərbaycana da genişlənməsindən çox məmnunuq. Yeni razılaşma çərçivəsində “PepsiCo”nun ikonik brendlərini ölkədəki güclü yerli pivə portfelimizə əlavə edəcəyik və Azərbaycan bazarındakı biznesimizi əhəmiyyətli dərəcədə böyüdəcəyik. Bu, istehlakçılara daha uyğun və çeşidli seçimlər təqdim etməyə imkan verəcək”.
“Bu tərəfdaşlıq şirkətimiz və əməkdaşlarımız üçün mühüm imkanlar yaradır. Həcmlərin təxminən iki dəfə artacağının gözlənilməsi, istehsal müəssisəmizə əhəmiyyətli investisiyaların planlaşdırılması və yeni iş yerlərinin yaradılması Carlsberg Azerbaijan-ın ölkənin aparıcı içki istehsalçılarından birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”, — deyə “Carlsberg Azerbaijan”ın baş direktoru Krasimir Lazarov əlavə edib.

 

Previous Post

İraq mətbuatı Ərdoğanın görüşünü gündəmə çıxardı

Next Post

NATO-dan Türk Ulduzlarına paylaşım

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.