ABŞ Hörmüz boğazı ilə bağlı nikbin açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, razılaşmanın yaxın vaxtda əldə oluna biləcəyi bildirilib.
ABŞ-nin maliyyə naziri Skott Bessent razılaşmanın bu gün və ya sabah mümkün olduğunu deyib. Onun sözlərinə görə, məqsəd boğazda gəmilərin sərbəst hərəkətini bərpa etməkdir. İran isə ABŞ ilə birbaşa danışıqlar aparıldığını təkzib edib. Tehran yalnız Oman vasitəsilə gəmi təhlükəsizliyi ilə bağlı təmasların davam etdiyini açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. Prezident Donald Tramp da razılaşmanın yaxın zamanda mümkün ola biləcəyini söyləyib.
//Nəzər.Media
