İspaniyanın Seuta bölgəsində miqrant böhranı yaşanır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu vəziyyət Avropa İttifaqında ciddi müzakirələrə səbəb olub.
Mərakeşdən Seutaya on minlərlə qanunsuz miqrant keçib. Hadisədən sonra minlərlə nəfər yenidən Mərakeşə qaytarılıb. Bir sıra Avropa İttifaqı ölkələri İspaniyanın miqrasiya siyasətini tənqid edib. Baş nazir Pedro Sançes isə bəzi üzv dövlətləri həmrəyliyin olmamasında günahlandırıb. Avropa Komissiyası sərhəd təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, miqrasiya sahəsində ortaq fəaliyyət və əməkdaşlığa çağırış edilib.
//Nəzər.Media
