Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Əmmana səfər edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Qüdslə bağlı nazirlər toplantısına qatılacaq.
Toplantıda Qəzza atəşkəsi və Fələstin məsələsi müzakirə olunacaq. Qüdsün tarixi və hüquqi statusunun qorunması da gündəmdə olacaq. Hakan Fidan çıxışında Qüdsün beynəlxalq statusunun qorunmasının vacibliyini vurğulayacaq. O, İsrailin beynəlxalq hüquqa zidd addımlarından narahatlığını ifadə edəcək. Nazir Qəzzada sülh planının icrasına dəstəyin davam etdirilməsinin əhəmiyyətini qeyd edəcək. Hakan Fidan beynəlxalq ictimaiyyəti bölgədə sülh və sabitlik üçün daha fəal addımlar atmağa çağıracaq.
//Nəzər.Media
