Krımda partlayış olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Sevastopolda baş verib.
Partlayış zamanı Rus zabit ölüb. Rusiya Federal Təhlükəsizlik Xidməti hücumun Ukraynanın xüsusi xidmətləri tərəfindən təşkil edildiyini bildirib. Partlayıcı qurğunun zibil qutusuna yerləşdirildiyi və zabitin keçidi zamanı partladıldığı açıqlanıb. Hadisə ilə bağlı 32 yaşlı Rusiya vətəndaşı qadın saxlanılıb.
//Nəzər.Media
