İtaliyanın paytaxtı Romada partlayış olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxtın cənubundakı Kolliferrada yerləşən sursat zavodunda baş verib.
Partlayışdan sonra yanğın baş verib.Yanğın zavodun barıt presləmə bölməsində başlayıb və zavoda yayılıb.Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələ məlum deyil. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və partlayışın səbəbi araşdırılır.
//Nəzər.Media
