ABŞ İran yaxınlığındakı gəmini dəyişir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni gəmi artıq bölgəyə gedir.
USS “George Washington”un İran yaxınlığında yerləşən USS “Abraham Lincoln”u əvəz edəcəyi bildirilir. Dəyişikliyin əvvəlcədən planlaşdırılan xidmət cədvəlinə uyğun aparıldığı qeyd olunur. “Abraham Lincoln” gəmisində uzunmüddətli xidmət və şəraitlə bağlı şikayətlərin olduğu bildirilir. ABŞ rəsmiləri isə gəmidəki vəziyyətlə bağlı iddiaların şişirdildiyini açıqlayıb.
//Nəzər.Media
