Alman ordusunda hərbçilərin sayı artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, say 186700 nəfərə çatıb.
Bu, təxminən 13 ilin ən yüksək göstəricisidir. İyulda 47300 nəfər hərbi xidmətə müraciət edib. Onlardan 15400 nəfər orduya qəbul olunub.
Almaniya 2035-ci ilədək hərbçilərin sayını 255-270 minə çatdırmağı planlaşdırır.
//Nəzər.Media
