Rusiyanın Krasnodar vilayətində neft emalı zavoduna pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, zavoda zərbə endirilməsi nəticəsində yanğın baş verib.
Hücum zamanı 2 nəfər ölüb. Hücum 2 nəfərərin yaralanmasına səbəb olub. Pilotsuz uçuş aparatının qalıqları Afipski qəsəbəsindəki dəmir yolu stansiyasına düşüb. Hücum nəticəsində azı 10 fərdi evə ziyan dəyib və xilasedicilər zavoddakı yanğını söndürməyə çalışıb.
//Nəzər.Media
