Niderlandda Qərbi Nil virusuna yoluxan bir nəfər ölüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkədə virusla bağlı üç yoluxma halı aşkarlanıb.
Yunanıstanda isə virusun sinir sisteminə təsir etdiyi ən gənc xəstə 13 yaşlı uşaq olub. Ölkədə bu il 232 yoluxma qeydə alınıb və 19 nəfər ölüb. Fransada da bu yay 30 Qərbi Nil virusu yoluxması aşkarlanıb.
//Nəzər.Media
