Almaniyada bıçaqlama hadisəsi baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Berlin yaxlığında baş verib.
Qosen-Noy Zittau qəsəbəsində məktəbdə bıçaqlı hücum olub. Hücum zamanı 18 yaşlı şagird qız və ona kömək etməyə çalışan 30 yaşlı kişi ölüb. Hadisə zamanı daha 2 nəfər yaralanıb. Polis hadisə ilə bağlı bir şübhəlini saxlayıb. Yerli mətbuat şübhəlinin ölən qızın 19 yaşlı keçmiş sevgilisi olduğunu yazıb.
//Nəzər.Media
