Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış və fırtına olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, fırtına zamanı 601 metr hündürlüyündəki Kral Saat Qülləsini ildırım vurub.
Hadisə zamanı göy üzünü işıqlandıran görüntülər lentə alınıb. Güclü fırtınaya baxmayaraq, Kəbədə olan müsəlmanlar ibadətlərini davam etdiriblər. Fırtınanın şəhərdə nə qədər davam etdiyi barədə məlumat verilməyib.
//Nəzər.Media
