Bosniya serblərinin keçmiş generalı Ratko Mladiç 84 yaşında Haaqada ölüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Mladiç uzun müddətdir davam edən səhhət problemlərindən əziyyət çəkirdi.
Mladiç 1995-ci ildə Srebrenitsa soyqırımına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhkəmə onun 8 mindən çox boşnak kişi və uşağın öldürülməsinə rəhbərlik etdiyini müəyyən etmişdi. Bosniya və Herseqovinada onun ölüm xəbəri qurbanların yaxınları tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.
//Nəzər.Media
