İran ABŞ-a qarşı sərt xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi Vaşinqtonu təhdid edib.
O, ABŞ İrana qarşı addım atarsa, ölkəsinin ABŞ-ın hərbi və iqtisadi maraqlarına zərbə vuracağını deyib. Rzayi ABŞ-a etibar etmədiklərini və Hörmüz boğazının açılması üçün Vaşinqtonun İranın şərtlərini yerinə yetirməli olduğunu bildirib. İran Prezidenti Məsud Pezeşkian isə problemlərin müharibə ilə deyil, diplomatiya yolu ilə həll edilməli olduğunu vurğulayıb.
//Nəzər.Media
