Bir ata qızının videosunu sosial şəbəkədə paylaşdıqdan sonra süni intellektlə bağlı narahatlıq yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, görüntülər süni intellektin uşaqlar haqqında məlumat əldə edə bilməsi ilə bağlı suallar yaradıb.
Mütəxəssis bu imkanın ciddi təhlükələr doğura biləcəyini bildirib. O, valideynləri uşaqların görüntülərini internetdə paylaşarkən diqqətli olmağa çağırıb. Mütəxəssis şəxsi məlumatların qorunmasının vacibliyini vurğulayıb.
//Nəzər.Media
