Avropa İttifaqı xarici sərhədlərin təhlükəsizliyini gücləndirmək üçün yeni plan hazırlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, beş maddədən ibarət plan qanunsuz keçidlərin qarşısını almağı hədəfləyir.
Plan xarici sərhədlərin qorunmasını gücləndirməyi nəzərdə tutur. Həmçinin erkən xəbərdarlıq sistemlərinin yaxşılaşdırılması təklif edilir. Miqrant qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizənin artırılması da planın əsas hissəsidir. Sənəddə geri qayıdışların dəstəklənməsi və tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi də yer alıb.
//Nəzər.Media
