Yaponiyanın paytaxtı Tokioda 35 gündür fasiləsiz yağış yağır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bu, 1886-cı ildən bəri şəhərdə qeydə alınan ən uzun yağış dövrüdür.
Tokioda sonuncu dəfə avqustun 27-də tamamilə yağışsız gün olub. Əvvəlki rekord 2019-cu ildə qeydə alınan 33 günlük yağış dövrü idi. Uzunmüddətli yağışlar şəhərdə günəşli saatları da kəskin azaldıb.
//Nəzər.Media
