ABŞ prezidenti Donald Tramp ölkəsinin İraqdan son hərbçilərini çıxardığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Tramp bu günü ABŞ üçün möhtəşəm gün adlandırıb.
Tramp İraqdakı ABŞ hərbi varlığının uzun illər davam etdiyini bildirib. O, ölkəsinin İraqa DEAŞ təhlükəsinə görə getdiyini və məqsədinə çatdığını deyib. ABŞ qüvvələrinin çıxarılması ilə İraqdakı hərbi missiyanın başa çatdığı bildirilib.
//Nəzər.Media
