Bolqarıstanın bir çox şəhərində dövlət qurumlarına və digər obyektlərə bomba xəbərdarlıqları daxil olub. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, xəbərdarlıqlar Sofiya və digər şəhərlərdəki məhkəmələrə, məktəblərə və dövlət idarələrinə göndərilib.
Bəzi binalar ehtiyat tədbiri olaraq boşaldılıb. Polis ərazilərdə yoxlamalar aparıb. Yoxlamalar zamanı partlayıcı qurğu aşkarlanmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.
//Nəzər.Media
