“The New York Times” qəzeti ABŞ diplomatının İsrail hökumətinin xeyrinə hesabatları dəyişdirdiyini iddia edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, söhbət ABŞ-nin İsraildəki səfirliyində çalışan Devid Milsteyndən gedir.
Məlumata görə, Milsteyn 2025-ci ilin aprelindən bu yana hesabatlara müdaxilə edib. O, İsrail hökumətini tənqid edən bəzi sənədlərin Vaşinqtona çatmasına mane olub. İddialara görə, bu addımlar İsrailin siyasəti ilə bağlı məlumatların ABŞ rəhbərliyinə çatdırılmasına təsir göstərib.
//Nəzər.Media
